• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bayram günləri milli parklarda tədbirlərlə qeyd edilib - FOTO

    11

    noy

    Bayram günləri milli parklarda tədbirlərlə qeyd edilib - FOTO


    “Zəfər Günü” və “Dövlət  Bayrağı Günü” münasibətilə Samur-Yalama Milli Parkında “Mənim atam qəhrəmandır" adlı tədbir keçirilib. 

    Ekologiya.az-ın xəbərinə görə, Milli parkın “Tel bulağı” adlanan marşrutunda keçirilən tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələri, sağlamlığını itirmiş qazilərimiz və övladları iştirak edib.

    Digər bir tədbir isə Hirkan Milli Parkında "Dəmirağac meşəsinə səyahət" devizi altında keçirilib. Xanbulan, Parakənd və  Daştatük kəndlərinin orta məktəb şagirdləri xüsusi estetik gözəlliyə malik, unikal  dəmirağac meşələri ilə yaxından tanış olublar. Uşaqlara mütəxəssislər tərəfindən dəmirağacın xüsusiyyətləri bərədə geniş məlumat verilib.

    Eyni zamanda, istirahət günlərində ziyarətçilər təbiətin füsunkar gözəlliklərindən həzz almaq üçün digər milli parkları da ziyarət ediblər.


    Tarix : 11-11-2023, 15:49 | Oxunub: 222