• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Beynəlxalq Enerjiyə Qənaət Günü - 11 noyabr

    11

    noy

    Beynəlxalq Enerjiyə Qənaət Günü - 11 noyabr

    11 noyabr - Beynəlxalq Enerjiyə Qənaət Günüdür.

    Ekologiya.az bildirir ki, bu tarix 2008-ci ilin aprel ayında Qazaxıstanda keçirilən SPARE əlaqələndiricilərinin beynəlxalq müşavirəsində “Resurslar və enerjinin istifadəsi üzrə məktəb layihəsi” (SPARE) beynəlxalq ekoloji şəbəkəsinin təşəbbüsü ilə təsis olunub. 2008-ci ilin noyabrında ilk dəfə Beynəlxalq Enerjiyə Qənaət Günü qeyd edilib. İyirmi ölkənin qatıldığı layihə beynəlxalq status qazanıb.

    Bu günün məqsədi enerjinin - elektrik enerjisinin, qazın və suyun istehsalı üçün daimi olaraq yandırılan təbii ehtiyatların istifadəsinə və enerji istehlakının ətraf mühitə təsirinə diqqəti cəlb etməkdən ibarətdir. Enerjiyə qənaət insanların karbon izini azaltmağa kömək edən daha az enerji istifadə etmək ehtiyacını ifadə edir. Enerji səmərəliliyi təbii ehtiyatların qorunmasında mühüm rol oynayır.

    Tarix : 11-11-2023, 15:38 | Oxunub: 3 357