• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda dəm qazının miqdarı normadan yüksək olub

    13

    noy

    Bakıda dəm qazının miqdarı normadan yüksək olub

    Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm və kükürd qazları normadan yüksək olub.

    Bu barədə Ekologiya.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
    Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.4, kükürd qazı 1.1, Sumqayıt şəhərində azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib.
    Dəm qazı, kükürd qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

    Tarix : 13-11-2023, 18:15 | Oxunub: 267