• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Naxçıvanda zəlzələ olub

    14

    noy

    Naxçıvanda zəlzələ olub

    Naxçıvanda zəlzələ olub. Dünən yerli vaxtla saat 18:58-da Naxçıvanda zəlzələ qeydə alınıb. Türkiyə-İran sərhədindəki zəlzələ Naxçıvanın bir neçə rayonlarında hiss olunub.

    Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Heydərabad stansiyasından 40 km cənub-qərbdə, Türkiyə-İran sərhədində zəlzələ qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub. 

    Məlumata görə, zəlzələ Naxçıvan Muxtar Respublikasının Sədərək, Şahbuz, Naxçıvan, Şərur rayonlarında 4-3 bala qədər hiss olunub.

    Tarix : 14-11-2023, 01:25 | Oxunub: 1 452