• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Niyə məhz Ekologiya?

    30

    okt

    Niyə məhz Ekologiya?

    Bildiyiniz kimi ölkədə ekologiyanın qorunması, təbiətin mühafizəsi və ətraf mühitin çirklənməsinin qarşısının alınması dövlətimizin böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir. 

    Ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu baxımdan onu qeyd etmək lazımdır ki, son zamanlar  Ekologiya və Təbii Sərvətlər Nazirliyi  tərəfindən görülən müsbət işlər göz qabağındadır.

    Belə ki, ETSN tərəfindən ekologiya və ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirilir, bu istiqamətdə məqsədyönlü tədbirlər görülür.

    Ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi həm də vətəndaş olaraq hər birimizin borcudur.
    Tez-tez mətbuatda paytaxtda və ölkənin müxtəlif regionlarında qanunsuz zibil poliqonlarının əmələ gəlməsinin, hansısa ərazilərdə ətraf mühitin məişət tullantıları, zibilliklə çirkləndirilməsi ilə bağlı şikayətlər dərc olunur. Və həmişə bu problemlərin ETSN tərəfindən operativ olaraq reaksiya verərək həll olunması məlum olur.
    Əlbəttə bu yaxşı haldır. Amma ekologiyanın qorunmasl istiqamətində yük təkcə  bir qurumun üstünə düşməməlidir.Əvəzində ETSN  ölkədəki daha qlobal ekoloji problemlərə məşğul ola bilər.

    Normalda vətəndaşların  şikayətləri yerində müvafiq digər yerli dövlər qurumları tərəfindən dinlənilib həll olunmalıdır.
    Hətta bunun üçün şikayətin olmasına da ehtiyac yoxdur.Yerli qurumların ərazi üzrə əməkdaşları özləri də vəziyyəti  görüb vaxtında tədbir görə bilərlər.
    Yəni bu təkcə ETSN-nin işi deyil. 

    Yaxşı olardı ki, ətraf mühitin,ekologiya ilə bağlı problemləri ilk növbədə həm də yerli bələdiyyə ,icra nümayəndələri həll etsin və buna onların gücləri də çatır

    Vasif Turan

    Tarix : 30-10-2023, 12:17 | Oxunub: 567