• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Nazirliyin əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə mövzusunda təlim keçirilib

    02

    noy

    Nazirliyin əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə mövzusunda təlim keçirilib

    Ekologiya.az xəbər verir ki, Nazirliyin əməkdaşları üçün korrupsiyaya qarşı mübarizə mövzusunda təlim keçirilib

    Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəis müavini Tural Vəlibəyov tərəfindən Nazirliyin 50-yə yaxın gənc əməkdaşına korrupsiya ilə mübarizə sahəsində məlumatlılığın artırılması, antikorrupsiya davranış modelinin formalaşdırılması məqsədilə təlim keçirilib.

    Təlim müddətində iştirakçılara korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və görülmüş tədbirlər, korrupsiya ilə əlaqədar hüquqpozmalar və onların subyektləri, bu növ hüquqpozmaların aşkar edilməsi və digər məsələlər ətrafında geniş məlumat verilib. İnteraktiv formatda keçirilən təlimdə əməkdaşların sualları cavablandırılıb.

    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq dövlət orqanları ilə birlikdə sistemli tədbirlər həyata keçirilir.

    Tarix : 2-11-2023, 17:28 | Oxunub: 297