• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şahbuz rayonunda şəhidlərin adına bağ salınıb

    06

    noy

    Şahbuz rayonunda şəhidlərin adına bağ salınıb

    Şahbuzda "Bir şəhid, bir çinar" adı altında ağacəkmə aksiyası keçirilib.
    Ekologiya.az xəbər verir ki, aksiyanı Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi təşkil edib.
    Şahbuz Rayon Xəstəxanasının ərazisində rayonun 35 şəhidinin adına çinar ağacları əkilib. Hər bir ağacın yanında şəhidin şəkli, adı, soyadı və ata adı olan məlumat lövhələri qoyulub. Bununla yanaşı, lövhələrdə QR kodlar da yerləşdirilib ki, bu kodlar vasitəsilə də hər bir şəhid haqqında ətraflı məlumat əldə etmək mümkün olacaq.

    Tarix : 6-11-2023, 15:47 | Oxunub: 246