• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Türkiyəli nazirlər Azərbaycana səfərə gəlir

    14

    noy

    Türkiyəli nazirlər Azərbaycana səfərə gəlir

    Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki və nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Azərbaycana səfərə gəlir.
    Ekologiya.az-ın məlumatına görə, M.Özhaseki noyabrın 15-də Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Türk Dünyasının II Meteorologiya Forumunda iştirak edəcək.
    Türkiyəli nazir tədbirdən əvvəl Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.
    A.Uraloğlu isə noyabrın 16-da Zəngilanda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin (ETN) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransa qatılacaq.

    Tarix : 14-11-2023, 14:16 | Oxunub: 291