• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda Beynəlxalq Geologiya-Mədənçilik Forumu işə başlayıb

    26

    okt

    Bakıda Beynəlxalq Geologiya-Mədənçilik Forumu işə başlayıb

    Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumu işə başlayıb. Forum Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə və Geoloji Kəşfiyyat agentliklərinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası, "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin, Türkiyə Mineral Tədqiqatlar və Kəşfiyyat Baş İdarəsinin tərəfdaşlığı ilə təşkil olunub.

    Ekologiya.az xəbər verir ki, əvvəlcə Ulu Öndərin və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Sonra Ümummilli Lider Heydər Əliyevin dağ-mədən sənayesində fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

    Forumun rəsmi hissəsində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun baş direktoru Akif Əlizadə, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreeva, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandra Rokasalvo, Türkiyə Mədən və Petrol İşləri Agentliyinin sədri Arslan Narin, Türkiyə Mədən Texnik Araşdırma Dövlət Şirkətinin rəhbəri Vedat Yanık, Azərbaycan Respublikasının Kosmik Agentliyi – "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov çıxış edəcək.

    Qeyd edək ki, Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumunda dövlət sektorları, alimlər, investorlar və özəl dağ-mədən şirkətlərinin nümayəndələri olmaqla 30-a yaxın ölkədən 70 ekspert iştirak edir.

    İki gün davam edəcək Forum çərçivəsində “Dağ-mədən sənayesinin beynəlxalq təchizat zəncirində rolu və Azərbaycanın dağ-mədən sənayesinin yeri”, “Geologiya və dağ-mədən sənayesində yeni texnologiyaların və metodologiyaların tətbiqi”, “Geoekoloji problemlər və dağ-mədən sənayesində ətraf mühitin qorunması”, “Geologiya və dağ mədən sənayesində hesabatlılıq və investisiya trendləri” mövzularında 4 panel sessiya da keçiriləcək.

    Tarix : 26-10-2023, 10:52 | Oxunub: 318