• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dünya tarixinin 10 ən dəhşətli zəlzələsi – Yüz minlərlə ölü, yerlə yeksan evlər/ FOTOLAR

    11

    noy

    Dünya tarixinin 10 ən dəhşətli zəlzələsi – Yüz minlərlə ölü, yerlə yeksan evlər/ FOTOLAR

    Zəlzələlər daima insanların qorxu və kabusla xatırladığı təbiət olaylarıdır. Çoxlu sayda insan qətliamına, dağıntı və faciəyə səbəb olan zəlzələlər daim dünyada araşdırılır, onların qarşısını almaq üçün bir çox beyin işləri aparılır.

    Yer qabığında gözlənilməz və bir anda ortaya çıxan enerji nəticəsində yaranan seysmik dalğalanmalar və bu dalğaların yer üzünü sarsıtması olayı olaraq adlandırılan zəlzələlərin bəziləri böyüklüyü ilə ön plana çıxmaqdadır.

    Dünya tarixinin ən böyük və dəhşətli zəlzələlərini sizə təqdim edirik:

    9.5 bal gücündə. Çili – 22 may 1960-cı il:

    22 may 1960-cı ildə Cınubi Amerika qitəsi Çilidə gerçəkləşən zəlzələ bu günə qədər ölçülmüş ən böyük zəlzələdir. Zəlzələ sonrasında yaranan sunami Sakit Okeanda sürətlə irəliləyərək ciddi can və mal itkisinə səbəb oldu.


     
    9.2 bal gücündə. ALYASKA – 28 MART 1964 :

    Amerikanın Alyaska əyalətində 28 mart 1964-cü ildə yaranan zəlzələ ən şiddətli ikinci zəlzələ olaraq tarix qeydlərinə keçib. 3 dəqiqə davam edən sunamini özü ilə gətirib. Sarsıntı və ardından yaranan böyük dalğalar 128 nəfərin ölümünə səbəb olarkən, 310 milyon dollarlıq zərər vurdu.


    9.1 bal gücündə İndoneziya zəlzələsi. 26 dekabr 2014. 

     
    26 dekabr 2004-cü ildə Hind Okeanında Sumatra adası açıqlarında yaşanan bu zəlzələ toplamda 40 ölkədə 230 minə yaxın insanın ölümünə yol açdı. XXI əsrə öz damğasını vurdu. 8-10 dəqiqə davam edən bu zəlzələ bu günə qədər görülmüş olan ən uzunmüddətli zəlzələ idi və 3-cü ən güclü zəlzələ oldu.
     

     

    9.1 bal gücündə Yaponiya zəlzələsi. 11 mart 2011-ci il: 

     
    Zəlzələ 11 mart 2011-ci ildə Yaponiyanın şimal-şərqindəki Honşu sahilləri açıqlarında 24 km. dərinlikdə, 9 bal gücündə meydana gəldi. Bu zəlzələ Yaponiyada cihazlarla qeydə alınmış ən böyük zəlzələ olmaqla yanaşı, dünyada 1900-cü illərdən bəri qeyd edilmiş ən böyük 5 zəlzələ arasında yer alır.

    Yaponiya hökuməti fəlakəti rəsmən “Bpyük Şərq Yaponiya Zəlzələsi” olaraq adlandırdı. Olay sonrasında bölgədə yüksəkliyi 38 metrəyə qalxan sunami dalğaları meydana gəldi. Sunami ölkədə böyük zərərə yol açdı. Zəlzələdə 16 min nəfər həyatını itirdi. 2531 adam hələ də itkin olaraq açıqlanır.

     
    Tərcümə etdi: Rza Ruhet Ekologiya.az

    Tarix : 11-11-2023, 16:20 | Oxunub: 681