• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qanunsuz ov edən əcnəbilər saxlanıldı

    13

    noy

    Qanunsuz ov edən əcnəbilər saxlanıldı

    Azərbaycanda qanunsuz ov edən xarici vətəndaşlar cəzalandırılıb.
    Bu barədə Ekologiya.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
    Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sarısu Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən Küveyt vətəndaşları saxlanılıb.
    Xidmət rəsmisi Dünya Həsilova bildirib ki, faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

    Tarix : 13-11-2023, 18:47 | Oxunub: 318