• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • @ecohiking komandası 10 noyabr "Əmbil gölü yürüşü" zamanı təmizlik aksiyası keçirib/FOTO

    14

    noy

    @ecohiking komandası 10 noyabr "Əmbil gölü yürüşü" zamanı təmizlik aksiyası keçirib/FOTO

    @ecohiking komandası 10 noyabr "Əmbil gölü yürüşü" zamanı təmizlik aksiyası həyata keçirib.

    Ekologiya.az xəbərinə görə, aksiyaçılar bildirib ki, həm gölətrafı, həm də gölün içi, həmçinin "Səməd bulağı" ərazisinə gələn "qonaqlar" tərəfindən məişət tullantıları ilə çirkləndirilib. 

    Yürüş zamanı təmizlik aksiyası keçirən komanda bildirib:

    "Biz @ecohiking komandası olaraq təbiətə üz tutan şəxslərin və qrupların istirahət zamanı təbiətə həssaslıq göstərmələrini xahiş və tələb edirik. Çalışaq, təbiətdən getdikdən sonra arxamızda yalnız ayaq izlərimizi saxlayaq! Təmizlik aksiyasından xəbərsiz olan və yalnız tur müddətində bundan xəbər tutan, buna baxmayaraq aksiyada fəallıq göstərən bütün iştirakçılarımıza, zibil paketlərinin toplanması və daşınmasında əməyi olanlara xüsusi təşəkkür edirik!". 





    Tarix : 14-11-2023, 15:01 | Oxunub: 828