• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakı ilə Sumqayıtda havada dəm qazı və azot-4 oksidinin miqdarı normadan artıqdı/RƏSMİ

    14

    noy

    Bakı ilə Sumqayıtda havada dəm qazı və azot-4 oksidinin miqdarı normadan artıqdı/RƏSMİ

    Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub.

    Ekologiya.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat yayıb.

    Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.4, azot-4 oksid 1.2, Sumqayıt şəhərində dəm qazı və azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib.

    "Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır", - məlumatda qeyd olunub.

    Tarix : 14-11-2023, 18:54 | Oxunub: 765