• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Qırmızı” Kitaba düşən şahin quşunu ovlamağa cəhd edən şəxs saxlanılıb

    02

    okt

    “Qırmızı” Kitaba düşən şahin quşunu ovlamağa cəhd edən şəxs saxlanılıb

    Ekologiya.az xəbər verir ki,  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz rayonu ərazisində adı Azərbaycan Respublikasının “Qırmızı”Kitabına düşən şahin quşunu ovlamağa cəhd edən şəxs saxlanılıb.


    Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı həmin şəxsin Xaçmaz şəhər sakini Xəyal Əhmədov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.


    “Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb”.

    Tarix : 2-10-2023, 13:19 | Oxunub: 355