• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu ərazimizə qar yağdı

    04

    noy

    Bu ərazimizə qar yağdı

    Noyabrın 4-ü saat 9:00-a olan məlumata əsasən, gecə və səhər bəzi yerlərdə arabir yağış yağıb.

    Ekologiya.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb.

    Düşən yağıntının miqdarı Şəki, Zaqatala, Balakəndə 3 mm, Qax, Quba, Ordubad, Şahbuz, Sədərək, Şərurda, İmişli, Şabran, Sabirabad, Lənkəran, Naxçıvan, Qusar, Şahdağ, Mingəçevir, Kürdəmirdə 2 mm-dək olub.

    Şərur, Biləsuvar, Cəfərxan, Lerik, Qobustan, Şamaxı, Qusar, Quba, Sumqayıtda duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

    Qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib.

    Tarix : 4-11-2023, 11:23 | Oxunub: 405