• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qanunsuz qazıntı aparanlar cərimələndi- RƏSMİ

    04

    noy

    Qanunsuz qazıntı aparanlar cərimələndi- RƏSMİ

    Xatırladaq ki, 02.11.2023-cü il tarixində  Ekologiya.az internet səhifəsində dərc olunan  Lənkəran-Lerik yolunun Tengivan Şovu kəndlərini birləşdirən hissəsinin sağ tərəfində "Qanunsuz qazıntı işlərinin aparılması barədə"  məlumat  operativ olaraq 1saylı RETSİ-nin əməkdaşları tərəfindən yerindəcə araşdırılmışdır. 

    Qeyd olunan əraziyə baxış zamanı sahibsiz  "Belarus" markalı dövlət nömrə nişanı olmayan ekskavatorun ərazidə olduğunu və  araşdırma nəticəsində qanunsuz olaraq 16 kub metr həcmində qarışıq süxurun qazılaraq aparıldığı müəyyən edilmiş dir. Təqsirkar şəxslərin müəyyən edilməsi üçün araşdırma aparılmış və müəyyən edilmişdirki, həmin ərazidə  "Belarus" markalı dövlət nömrə nişanı olmayan  ekskavatorla qazıntı aparan şəxs Lənkəran rayonu Rvo kəndində  yaşayan Eynullazadə Əlihüseyn Şəmsəddin oğludur.

    Bununlada, Lənkəran rayonu Rvo kəndində yaşayan Eynullazadə Əlihüseyn Şəmsəddin oğlu "Ətraf mühitin mühafizəsi haqqında" qanunun 35-ci və "Yerin təki haqqında" qanunun 13-cü maddələrinin tələblərini pozmuşdur.Faktla bağlı 3 noyabr 2023-cü il tarixli 824170 saylı akt , 1764352 saylı protokol və ziyan cədvəli tərtib olunmuşdur. Təbiətə dəymiş ziyanın məbləği NK-nin 29 mart 2020-ci il tarixli 119 saylı qərarına əsasən  288,0 manat müəyyən edilmişdir.

    Tarix : 4-11-2023, 15:34 | Oxunub: 864