• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda niyə ovçuluğa maraq azalıb?

    07

    noy

    Azərbaycanda niyə ovçuluğa maraq azalıb?

    “Apardığımız statistika göstərir ki, ölkəmizdə ovçuluq fəaliyyəti ilə məşğul olanların sayında azalma var”.

    Ekologiya.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook”da canlı yayımlanan “Ekspert saatı”nda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

    Onun sözlərinə görə, ovçuluq qədim bir sahədir:
    “Hazırkı dövrdə yeni maraq dairələri yarandığı üçün ova maraq azalıb. Biz müşahidə edirik ki, ov icazəsinin alınması üçün müraciət edənlər orta və yaşlı şəxslərdir. Çox az halda gənclər qeydə alınır. Amma əvvəlki statistikalarda gənc və orta nəsil üstünlük təşkil edib”.
    H.Əlizadə bildirib ki, beş il əvvəllə müqayisədə bu gün ovçuluqla bağlı qanun pozuntularının sayında iki dəfəyə kimi, üç il əvvələ nisbətən 30-40 faiz azalma var.
    Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev isə bildirib ki, artıq bir neçə il əvvəllə müqayisədə ovçuluq qaydalarına riayət edilir:
    “Aparılan maarifləndirmə tədbirləri nəticə verib. Ekoturizm sahələrin inkişaf etməsi bu sahəyə diqqəti azaldıb. Əvvəlki illərə nisbətən hazırda ovçular daha məsuliyyətli, qanunvericiliyi bilən şəxslərdir. Buna görə də, indi ovçuluq fəaliyyəti ilə məşğul olanların sayı azalıb”.

    Tarix : 7-11-2023, 11:00 | Oxunub: 420