• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Meşə fondu torpaqlarında 112 mindən çox ağac əkildi

    07

    noy

    Meşə fondu torpaqlarında 112 mindən çox ağac əkildi

    Son bir həftə ərzində aparılan meşəbərpa tədbirləri zamanı 79,7 hektar meşə fondu torpağında 112 828 müxtəlif növ ağac əkilib, 4186 kiloqram toxum səpilib.

    Ekologiya.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) sosial şəbəkə hesabında məlumat verilib.

    Qeyd edilib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən ölkənin bütün regionlarının meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir.
    Hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir.

    Tarix : 7-11-2023, 11:16 | Oxunub: 342