• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Növbəti “Tullantıları tingə dəyiş” aksiyası keçiriləcək

    13

    noy

    Növbəti “Tullantıları tingə dəyiş” aksiyası keçiriləcək

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları tingə dəyiş” aksiyası 15 noyabr tarixində Sumqayıt şəhərində yerləşən “Bravo” supermarketin qarşısında keçiriləcək. 

    Ekologiya.az bildirir ki. aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.

    Hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkərək təbiətə töhfə verməyə, eyni zamanda, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.

    Tarix : 13-11-2023, 15:47 | Oxunub: 426