• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanda az tullantılı və tullantısız elektrik nəqliyyatına keçid müzakirə olunub/FOTO

    14

    noy

    Azərbaycanda az tullantılı və tullantısız elektrik nəqliyyatına keçid müzakirə olunub/FOTO

    Qlobal Ekologiya Fondunun dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ətraf Mühit Proqramı və Qafqaz üçün Regional Ekoloji Mərkəzin Azərbaycan Filialı tərəfindən “Azərbaycanda az tullantılı və tullantısız elektrik nəqliyyatına keçid” mövzusunda seminar keçirilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Ekalogiya.az-a verilən məlumata görə, seminarda dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti institutları, akademiya və təhsil müəssisələrinin nümayəndələri, iqlim dəyişmələri və nəqliyyat sahəsi üzrə ekspertlər iştirak ediblər.

    Qeyd edək ki, Azərbaycanda iqlim dəyişmələri təsirlərinin azaldılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bunlardan biri də nəqliyyat sektorundan emissiyaların azaldılmasına yönələn elektrik və hibrid mühərrikli yeni avtomobillərin idxal və əlavə dəyər vergisindən azad olunmasıdır. Bu istiqamətdə tədbirlərin davam etdirilməsi, beynəlxalq əmakdaşlıq imkanlarının daha da genişləndirilməsi iqlimə təsirlərin azaldılmasına imkan verəcək.

    Paris Sazişi çərçivəsində nəzərdə tutulan istixana effekti yaradan qazların emissiyalarının azaldılması hədəfinə nail olmağa töhfə verəcək fəaliyyətlər Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası ilə nəzərdə tutulmuş tədbirlərlə tam uzlaşır. Gələcəkdə az tullantılı və tullantısız elektrik avtonəqliyyatının təşviqi istiqamətində həyata keçirilən fəaliyyət hava keyfiyyətinin yaxşılaşdırılmasına və nəqliyyat sektorunun səmərəliliyinin artırmasına töhfə verəcək.



    Tarix : 14-11-2023, 17:05 | Oxunub: 261