• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Meşələrdə hansı qabaqlayıcı tədbirlər görülür?

    12

    okt

    Meşələrdə hansı qabaqlayıcı tədbirlər görülür?

    8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzindən Ekologiya.az-a səhiyyə qırma sahələri ilə bağlı məlumat verilib

    Məlumatda bildirilir ki, 8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə fondu sahələrində il ərzində oduncaq tədarükü üçün səhiyyə qırma sahələri ayrılır.

    Bu Səhiyyə qırma sahələrində əsasən yaşı ötmüş, inkişafdan qalmış içi çürük ağaclar seçilərək qeydə alınır və qırma sahələri ayrılır.

    Səhiyyə qırma sahələrində il ərzində tədarük olunan yararlı oduncaq təhsil müəssisələrinə hərbi hissələrə, tibb məntəqələrinə, şəhid ailələrinə və ehtiyacı olan əhaliyə dəyəri əvvəlcədən ödənilmək şərti ilə satılır. 

    Mərkəzin xidməti ərazisində ziyanverici həşaratlara və böcəklərə qarşı mütəmadi olaraq il ərzində 2500 hektar sahədə meşəpoloji müşahidə və müayinə işləri aparılır və qabaqlayıcı tədbirlər əməkdaşlarımız tərəfindən həyata keçirilir. 

    Bundan əlavə onu da qeyd etmək istəyirik ki, il ərzində meşəbərpa tədbirlərində istifadə olunması üçün seçilmiş müxtəlif növ toxumluq ağaclardan kefiyyəli toxumlar tədarük edərək Mərkəzin anbarına təhvil verilir. Tədarük olunmuş toxumları Mərkəzin tinglik sahələrinə səpilərək yeni meşə massivlərinin salınması üçün müxtəlif növ cinslərdən ibarət əkinə yararlı tinglər yetişdirir. Məlumat üçün onu da bildirmək istəyirik ki, il ərzində Mərkəzin tinglik sahələrində 100-110 min arası əkinə yararlı ting yetişdirilir.




    Tarix : 12-10-2023, 19:09 | Oxunub: 321