• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qazlaşdırılmayan kəndlərin əhalisi oduncaqla təmin edilir

    14

    okt

    Qazlaşdırılmayan kəndlərin əhalisi oduncaqla təmin edilir

    Ekologiya.az xəbər verir ki, Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinin, təhsil, səhiyyə müəssisələrinin odun yanacağı ilə təmin olunması üçün oduncaq tədarükü davam edir. Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Sadiq Salmanov bildirib.


    Onun sözlərinə görə, cari il ərzində bugünədək 46 636 m3 oduncaq tədarük edilib. 


    S.Salmanov qeyd edib ki,  bu prosesdə şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə QHT nümayəndələrinin, rayon sakinlərinin və ictimai fəalların iştirakı ilə respublikanın bütün rayonlarında may ayından etibarən ictimai dinləmələr keçirilib və oduncağın tədarük edildiyi meşə əraziləri (meşəbəylik, dolay, kvartal) barədə Nazirliyin rəsmi sosial şəbəkə hesablarında əvvəlcədən ictimaiyyətə geniş məlumat verilib. 


    Xidmət rəsmisinin sözlərinə görə, bu və digər məsələlərlə bağlı ətraflı məlumat əldə etmək istəyən şəxslər yaşadıqları rayonlara müvafiq olaraq Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edə bilərlər:


    • Lənkəran, Lerik, Astara rayonları üzrə əlaqələndirici şəxs: Emil Ağayev - 1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin baş mütəxəssisi (051-851-19-94);


    • Tovuz, Qazax, Ağstafa rayonları üzrə əlaqələndirici şəxs:  Qabil Həsənov- 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini (070-413-30-15);


    • Sabirabad, Saatlı, Neftçala, Salyan, Kürdəmir, Şirvan, Biləsuvar rayonları üzrə əlaqələndirici şəxs: Yusif Məmmədov - 3 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini (055-753-84-53);


    • Şabran, Siyəzən, Abşeron, Xızı rayonları üzrə əlaqələndirici şəxs:  Etibar Kərəmov – 4 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini (070-373-91-50);


    • Quba, Qusar, Xaçmaz rayonları üzrə əlaqələndirici şəxs: Fəxrəddin Məmmədquliyev – 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini (070-676-70-34);


    • Şamaxı, İsmayıllı, Ağsu rayonları üzrə əlaqələndirici şəxs:  Orxan Səlimov – 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini əvəzi (055-775-80-63);


    • Şəki, Qax rayonları üzrə əlaqələndirici şəxs:  Şəmsəddin Ədilov – 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini (050-354-68-60);


    • Zaqatala, Balakən rayonları üzrə əlaqələndirici şəxs: Həbib Poladov – 8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini (051-990-60-00);


    • Ağcabədi, Beləqan, İmişli rayonları üzrə əlaqələndirici şəxs: Qismət Abbasov- 9 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini (050-965-03-78);


    • Göygöl, Goranboy rayonları üzrə əlaqələndirici şəxs:  Sahib Həsənov – 10 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini (050-448-02-90);


    • Masallı, Yardımlı, Cəlilabad rayonları üzrə əlaqələndirici şəxs: Cəmaləddin Əbişov – 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini (050-371-07-54);


    • Bərdə, Ağdam, Yevlax, Tərtəb, Ağdaş, Zərdab, Ucar, Göyçay rayonları üzrə əlaqələndirici şəxs: Orxan Babaşzadə – 13 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini (051-425-05-30);


    • Şəmkir, Gədəbəy, Daşkəsən, Samux rayonları üzrə əlaqələndirici şəxs:  Rövşən Rəsulov– 14 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini (050-522-05-89);


    • Qəbələ, Oğuz rayonları üzrə əlaqələndirici şəxs: Vüqar Hüseynov– 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini (070-502-00-28).

    Tarix : 14-10-2023, 13:53 | Oxunub: 371