• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sifariş və şantaj dolu məlumatlar- Səbəb nədir?

    20

    okt

    Sifariş və şantaj dolu məlumatlar- Səbəb nədir?

    Odun tədarükü nədənsə ağacların qanunsuz kəsilməsi kimi təqdim olunur. 
    Sözügedən məsələ ilə bağlı bir neçə gün öncə Oğuz-Qəbələ ərazisindəki meşələrdən sosial şəbəkələrdə məlum video yayılıb. Bu ərazidəki meşələrdəki səhiyyə qırma sahələrindən yayılan video sosial şəbəkələrdə narazılıqla qarşılanıb. 
    Ekologiya.az bu məsələ ilə bağlı araşdırma aparıb.
    Araşdırma zamanı məlum olub ki, videonu yayan Tehran adlı şəxs özü 05.33 ha ərazini qanunsuz olaraq zəbt edib. Bununla bağlı 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Əkrəm Babayev Qəbələ rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Fəxrəddin Abbasova müraciət ünvanlayıb. 
    Müraciətdə bildirilir ki, əməkdaşlarımız tərəfindən Bum meşəbəyliyinin 08 saylı dolayına baxış keçirilib. Baxış zamanı 08 saylı dolayın 135-ci kvartalının 13-cü bölməsində Qəbələ rayon Uludaş kənd sakini Həmidov Tehran Tofiq oğlunun 2017-ci ilin yazında 05.33 ha sahədə əkilmiş fındıq aqrobağını heç bir icazə sənədi olmadan qeyri-qanuni zəbt edib kənd təsərrüfatı bitkisi olan yonca əkdiyi müəyyən olunmuşdur. 
    Sonda onu da qeyd edək ki, sosial şəbəkələrdə yayılan video çəkiliş olan yer səhiyə qırım üçün ayrılmış sahədir və bununla bərabər qeyd edək ki, yayılan video çəkiliş köhnə kadrdır.

    Tarix : 20-10-2023, 14:10 | Oxunub: 774