• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şuşanın payız mənzərəsi- Foto

    23

    okt

    Şuşanın payız mənzərəsi- Foto

    Ekologiya.az xəbər verir ki, Qarabağın baş tacı, dağlar gözəli Şuşa ilin bütün fəsillərdə əsrarəngiz təbiət mənzərələri ilə diqqəti çəkir. 

    Payız fəslində isə şəhər, xüsusən də Cıdır düzü, Xan qızı bağı, Şuşa qalasının ətrafı boyalarla işlənən tablonu xatırladır. Ətrafdakı dağlar, yarpaqları qızılı rəngə çalan ağaclar, xəzanın sarı, qırmızı rəngləri ilə yanaşı təzə-tər otların göz oxşayan yaşıllığı, yarpaqların, otların arasından boylanan müxtəlif rəngli incə çiçəklər, qayaların arasında bitən itburnu və yemişan kolları, gün ərzində şəhərin gah bu, gah da digər tərəfini bürüyən duman görənləri valeh edir. Bu gözəllikləri seyr edərək gəzdikcə payız otlarının yumşaqlığını və yarpaqların xışıltısını hiss edir, sanki başqa, sirli-sehrli bir aləmə düşürsən.








    Tarix : 23-10-2023, 12:16 | Oxunub: 405