• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Neft Emalı Zavodunda yanğın

    05

    mar

    Neft Emalı Zavodunda yanğın

    Bakıda Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb.

    Ekologiya.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

    Tarix : 5-03-2025, 10:32 | Oxunub: 944