Abşeron Milli Parkının yaranmasından 19 il ötür
Abşeron Milli Parkının yaranmasının 19 illiyi "Gələcəyimizin 5T gündəliyi" adlı çağırışla və maarifləndirici tədbirlə qeyd ediləcək.
"Tullantını azalt", "Təkrar istifadə et", "Təkrar emal et", "Ting ək", "Təbiətə dost ol!" sloqanlarının birləşməsindən yaranan 5T gündəliyi hər birimizin ətraf mühitə münasibətdə öhdəliyini, təbiətə zərər vermədən formalaşmalı olan həyat tərzimizi ehtiva edir.