Tam versiya
Ana səhifə CƏMİYYƏT İqlim dəyişikliyi infeksion xəstəliklərin yayılmasını sürətləndirə bilər
CƏMİYYƏT

İqlim dəyişikliyi infeksion xəstəliklərin yayılmasını sürətləndirə bilər


Qlobal iqlim dəyişikliyi təkcə ətraf mühitə deyil, insanların sağlamlığına da ciddi təsir göstərən amillərdən biri hesab olunur. Temperaturun yüksəlməsi və hava şəraitinin dəyişməsi bəzi yoluxucu xəstəliklərin yayılma riskini artırır. İqlim dəyişikliyi fonunda Azərbaycanda hansı yeni xəstəliklərin yayılma ehtimalı var və səhiyyə sistemi bu risklərə nə dərəcədə hazırdır?


Məsələ ilə bağlı tibb məsələləri üzrə ekspert Şahvələd Məmmədov Ekologiya.az-a bildirib ki, qlobal iqlim dəyişikliyi temperaturun yüksəlməsi, mövsümə uyğun olmayan hava dəyişiklikləri və intensiv yağıntılar vasitəsilə həm ətraf mühitə, həm də insanların sağlamlığına ciddi təsir göstərən əsas amillərdən biridir:

“Məsələyə bu baxımdan yanaşsaq, xüsusilə regionlarda güclü yağıntılardan sonra kənd təsərrüfatı məhsullarının istifadəyə yararsız vəziyyətə düşməsi halları müşahidə oluna bilər. Belə şəraitdə məhsulların üzərində müxtəlif parazitlərin, gəmiricilərin və digər zərərvericilərin yayılma riski artır. Nəticədə həmin məhsullar vasitəsilə insanlara müxtəlif parazitar və qurd xəstəlikləri keçə bilər”. 

Həkimin sözlərinə görə, yağıntılardan sonra ətraf mühitdə palçıqlı və rütubətli şəraitin yaranması ağcaqanadların və digər həşəratların çoxalması üçün əlverişli mühit formalaşdırır:

“Bu isə öz növbəsində infeksion xəstəliklərin, dəri xəstəliklərinin, qoturluq, müxtəlif allergik xəstəliklər və digər infeksiyaların yayılmasına şərait yarada bilər. Bu baxımdan insanlar daha diqqətli olmalı, iqlim dəyişikliyi fonunda yarana biləcək sağlamlıq risklərini nəzərə almalı, gigiyena qaydalarına ciddi əməl etməli və özlərini yoluxucu xəstəliklərdən qorumaq üçün zəruri profilaktik tədbirlər görməlidirlər”.

Aysel Muxtar

Paylaş:
Tam mətni oxu →