Ana səhifə›
---
›
FƏLAKƏT- 3 nəfər ölüb, 2 mindən çox ev su altında qalıb
---
FƏLAKƏT- 3 nəfər ölüb, 2 mindən çox ev su altında qalıb
Ekologiya
AMP
Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində su anbarının daşması nəticəsində 3 nəfər ölüb, 2400-dən artıq yaşayış evi və 3065 həyətyanı ərazi su altında qalıb.Ekologiya.az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.Məlumata görə indiyə qədər Orenburq vilayətində 4 mindən çox insan təxliyə edilib.Orsk şəhərinin meri Vasili Kozupitsa deyib ki, aprelin 6-da Ural çayının səviyyəsi normadan artıq qalxaraq 9,27 metr təşkil edib.