Böyük İstanbul zəlzələsi nə zaman gözlənilir: Türkiyə fəlakətin astanasında
Ekologiya.az buldirir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.Deyilib ki, ilk zəlzələ 3,9 bal gücündə olub və yerin 6,99 km dərinliyində baş verib.
İkinci zəlzələ isə 6,2 maqnitudalı olub və 10 saniyə davam edib. Növbəti zəlzələlər 4,4 və 4,9 bal gücündə qeydə alınıb və hər iki təkan yerin 7 kilometr dərinliyində baş verib.
Onlardan ən böyüyü 6,2 bal gücündə Silivri sahillərində olub. Sonuncu silkələnmə “CNN Türk”ün canlı efirində də əks olunub.
Eyni zamanda AFAD vətəndaşları uçma təhlükəsi olan tikililərə yaxın durmamağa çağırıb. İstanbul Valiliyi isə zəlzələ nəticəsində hələlik hər hansı dağıntı barədə məlumat daxil olmadığını bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan İstanbuldakı zəlzələlərlə bağlı məlumat almaq üçün daxili işlər naziri Əli Yerlikaya, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum və səhiyyə naziri Kamal Memişoğluna zəng edib. Prezidentin hadisələri izlədiyi bildirilib.
“6,2 bal gücündə bir zəlzələnin ardından ondan zəif təkanların olması gözlənilən bir haldır. Lakin bundan sonra 6,2-dən daha güclü bir zəlzələ və ya zəlzələlər baş verərsə, bu, İstanbulda gözlənilən böyük zəlzələnin öncüsü ola biləcəyi ehtimalını daha da gücləndirir,” – deyə o bildirib.
Paylaş:
Tam mətni oxu →