Tam versiya
Ana səhifə ARAŞDIRMA Ağdamda yerləşən "İmarət" Kompleksi işğal müddətində xeyli dağıntılara məruz qalıb - İtaliyalı ekspert
ARAŞDIRMA

Ağdamda yerləşən "İmarət" Kompleksi işğal müddətində xeyli dağıntılara məruz qalıb - İtaliyalı ekspert


Erməni işğalı dövründə Ağdamda yerləşən "İmarət" Kompleksinin abidələri və binası xeyli dağıntılara məruz qalıb.

Bunu bərpa və müharibədən sonrakı beynəlxalq ssenarilər üzrə ekspert Alessandro Bianki Ağdamda yerləşən "İmarət" kompleksinin restavrasiyası üzrə işlərlə tanışlıq zamanı deyib.

"Erməni işğalı dövründə "İmarət" Kompleksinin abidələri və binası güclü şəkildə zərər görüb, bəziləri tamamilə dağıdılıb", - deyə o vurğulayıb.

Bianki XX əsrin 70-ci illərinin sonunda (işğaldan əvvəl) bu kompleksin tarixi sənədlər əsasında yenidən qurulduğunu qeyd edib.

"Abidənin vəziyyətinin maksimum dərəcədə işğaldan əvvəlki dövrə qaytarılması planlaşdırılır. Məzarlığa gəlincə, bununla bağlı problemimiz var, çünki erməniləri qəbirüstü daşların çoxunu dağıdıblar. Biz vəziyyəti düzəltməyə imkan verən həll yollarını öyrənirik. Burada xeyli sayda qəbir aşkarlanıb", - deyə o əlavə edib.

Bianki, həmçinin, "İmarət" kompleksinin regionun tarixi və mədəni irsinin qorunub saxlanılmasında mühüm rol oynadığını bildirib.


Qeyd edək ki, Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq abidələrindən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli ev xüsusiyyəti daşıyıb. İşğal altında olmuş ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də işğalçılar tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb.

Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” Kompleksinin bərpa edilməsi üçün işlərə başlanılıb. Kompleksin bərpası ilə bağlı xarici mütəxəssislər tərəfindən hazırlanmış konsepsiya 2022-ci il oktyabrın 4-də dövlətimizin başçısına təqdim olunub və işlərə başlanılıb. Konsepsiyaya əsasən, kompleks Pənahəli xanın sarayı, türbələr və Qarabağ atları parkından ibarət olacaq, xanın sarayı bərpa edilərək interaktiv muzey kimi fəaliyyət göstərəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Paylaş:
Tam mətni oxu →