“Azərbaycan Respublikası 1918-20-ci illərdəki torpaqlarımızın sahibidir”-Tarixçi deputat
“Ardınca Ermənistan Zəngəzuru işğal etdi. Azərbaycan işğal olunandan sonra nə Paris Sülh Konfransı bu məsələyə qayıtdı, nə də biz bu məsələni həll edə bildik. Çünki sovet Rusiyası öz maraqlarına uyğun olaraq o əraziləri böldü və idarə etməyə başladı”.
A.İsgəndərov bildirdi ki, Zəngəzur sovet Rusiyasının təkidi ilə Azərbaycandan qoparılaraq ermənilərə verildi. Ancaq o zaman Naxçıvanın da Azərbaycandan qoparılması planı olub: “Naxçıvan nə üçün Ermənistana verilə bilmədi? Çünki Naxçıvanın əhalisinin qəhrəman mübarizəsi nəticəsində Naxçıvan Ermənistana verilmədi. Çünki əhali bir nəfər kimi ayağa durdu, “öldü var, döndü yoxdur”, dedi. Ona görə də sovet Rusiyası və xarici dövlətlər heç nə edə bilmədi. Həm də ki, Mustafa Kamal Atatürk başda olmaqla, “kamalist”lər Naxçıvanı öz doğma torpağı kimi müdafiə etdilər”.
A.İsgəndərov əminliklə bildirdi ki, Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası tarixi ərazilərinə də iddia ortaya qoya bilər:
Paylaş:
Tam mətni oxu →