Tam versiya
Ana səhifə ARAŞDIRMA Xətaidə park və piyada səkisi PUB-a çevrilib?
ARAŞDIRMA

Xətaidə park və piyada səkisi PUB-a çevrilib?


Xətai rayonunun Xudu Məmmədov küçəsində qeydə alınan vəziyyət sakinlərin narazılığına səbəb olub. Belə ki, parkın bir hissəsində və piyada səkisinin üzərində iaşə obyektinə aid olduğu görünən konstruksiyalar quraşdırılıb. 

İddialara görə, ərazi qısa müddət ərzində "Lion PUB"un istifadəsinə verilib. Qüvvədə olan qanunvericiliyə əsasən, parklar və piyada səkiləri ümumi istifadədə olan ictimai məkanlar hesab edilir. Bu səbəbdən həmin ərazilərdə hər hansı kommersiya fəaliyyətinin təşkili və ya konstruksiyaların quraşdırılması müvafiq icazələr və təsdiqlənmiş layihələr əsasında həyata keçirilməlidir. Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.


Qurumdan Ekologiya.az-a bildirilib ki, sözügedən ərazidə sahibkar tərəfindən abadlıq işləri aparılır və görülən işlər yaşıllıqların məhv edilməsi ilə əlaqəli deyil.

"Sahibkar obyektinin qarşısında abadlıq işləri aparır. Buna niyə qarşı çıxaq? Orada hansı ağac kəsilib? Əksinə, həmin ərazidə yeni ağaclar əkiləcək", – deyə Xətai Rayon İcra Hakimiyyətindən bildirilib.

Aysel Elnur

Paylaş:
Tam mətni oxu →