Ana səhifə›
ARAŞDIRMA
›
“Yay Covidi”: Qızdırma ,titrəmə, davamlı öskürək, nəfəs darlığı və nələr
ARAŞDIRMA
“Yay Covidi”: Qızdırma ,titrəmə, davamlı öskürək, nəfəs darlığı və nələr
Ekologiya
AMP
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, FLİRT adlı yeni bir qrup Covid variantı dünyada dominant hala gəlir.Musavat.com medicina.az-a istinadən bu variantlar haqqında bilməli olduğunuz məlumatları təqdim edir:Yeni Covid variantları hansılardır?FlİRT - variantların genetik kodundakı mutasiyaların adlarından istifadə edilməklə yaradılmış qeyri-rəsmi ləqəbdir. Bu, Omicron variantından mutasiyaya uğrayan və dominant olan JN.1 törəməsidir.ÜST-nin infeksiyalarla bağlı may ayında açıqlanan son hesabatı yoluxmaların sayının əvvəlki aylarla müqayisədə azaldığını göstərir. Ancaq bu məlumatlar hələ də müntəzəm hesabat verən məhdud sayda ölkəyə aiddir. Dünyada Covid-19 testlərinə və hesabatına artıq əvvəlki kimi ciddi yanaşılmır."British Medical Journal" bildirir ki, Böyük Britaniyada SARS-CoV-2 testi müsbət çıxanların sayı may və iyun aylarında artıb."Avropanın bəzi yerlərində Covid-19 halları artmaqdadır. ABŞ-da da 1,4 faiz artım qeydə alınıb", - deyə nəşr yazıb.FLiRT variantlarının simptomları hansılardır?Simptomlar Covid-19-un digər növləri ilə eynidir. Əlamətlər adətən virusa məruz qaldıqdan 5-6 gün sonra başlayır və 1-14 gün davam edir.Ən çox görülən simptomlar:* Qızdırma* Titrəmə* Boğaz ağrısıDaha az rast gəlinən simptomlar:* əzələ ağrısı, qollarda və ayaqlarda ağırlıq* həddindən artıq yorğunluq* burun axıntısı, burnun tutulması və asqırma* göz ağrısı* başgicəllənmə* yeni və davamlı öskürək* sinədə ağrı* nəfəs darlığı* səsin batması* uyuşma* iştahsızlıq, ürəkbulanma, qusma, qarın ağrısı və ya ishal* dad və ya qoxu hisslərinin itirilməsi və ya dəyişməsi* yuxuya getməkdə çətinlik çəkməkÜST deyir ki, aşağıdakı simptomları müşahidə edənlər dərhal tibbi yardıma müraciət etməlidirlər:* xüsusilə istirahət edərkən nəfəs almaqda çətinlik çəkmək, cümlə qura bilməmək* yuxululuq və ya şüur itkisi* sinə içində daimi ağrı və ya təzyiq* dərinin soyuması və ya mavi rəngə çevrilməsi* danışıq və ya hərəkət itkisiPeyvəndlər FLiRT variantlarına qarşı effektivdirmi?Alimlər peyvəndlərin yeni variantlara qarşı təsirli olduğunu bildirirlər.Buna baxmayaraq, səhiyyə orqanları 2022-ci ildən bəri peyvənd istehsalçılarından yeni variantları daha yaxşı hədəfləmək üçün Covid-19 peyvəndlərinin yeni versiyalarını hazırlamağı xahiş edirlər.