TƏRTƏR ÇAYI ÜZƏRINDƏ OLAN KÖRPÜNÜN TARIXI - FOTO
Tərtər çayı haqqında belə bir rəvayət var ki, Makedoniyalı İsgəndərin Dərbənd üzərinə hücumu zamanı Qafqaz dağları ətəklərindən keçərkən çayın sahilində gecələməli olur. Qəfil sel gəlir. Səhər məlum olur ki, sel əsgərlərin çoxunu aparıb. İsgəndər qəzəblənib deyib ki: “Ah Tərtər” yəni “Ah dəhşətli bəla”. O vaxtdan da çayın adı Tərtər adlandırılıb. Tarixi abidələrimiz bizim keçmişimiz, bu günümüz, gələcəyimizdir. Qoruyub saxlamaq hər birimizin borcudur. Çünki tarix elə mədəniyyətlər sivilizasiyası ilə yadda qalır.