COP29 dünyada keçirilən ən böyük konfranslardan biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai "Azərbaycanda Yaşıl Tikinti” üzrə keçirilən dəyirmi masada söyləyib.
O bildirib ki, şirkətlər də təşəbbüs göstərib bu sahədə öz təcrübələrini bölüşməlidirlər: “Tədbirin uğuru üçün təkcə dövlət deyil, şirkətlər də çalışmalıdırlar”.