Ana səhifə›
CƏMİYYƏT
›
Daha bir yerüstü piyada keçidi istifadəyə verildi - FOTO
CƏMİYYƏT
Daha bir yerüstü piyada keçidi istifadəyə verildi - FOTO
Ekologiya
AMP
Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 3-cü km-də yeni piyada keçidinin inşası yekunlaşıb.Ekologiya.az xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.Bildirilib ki, keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3.5 metr, pilləkənlərin eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 5.8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır.İki giriş-çıxışdan ibarət olan keçiddə lift sistemləri quraşdırılıb, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağı qurulub, təhlükəsizlik kameraları quraşdırılıb, keçidin ətrafında abadlaşdırılma işləri görülüb.