Tam versiya
Ana səhifə CƏMİYYƏT Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
CƏMİYYƏT

Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonunun Novxanı kəndində fiziki şəxs Fəxrəddin İsa oğlu Hüseynova məxsus kafedə yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb.

Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

Paylaş:
Tam mətni oxu →