Tam versiya
Ana səhifə CƏMİYYƏT Azərbaycanda suyun qiyməti ARTIRILIR?
CƏMİYYƏT

Azərbaycanda suyun qiyməti ARTIRILIR?


Azərbaycanda su tariflərinin müzakirəyə çıxarılması gündəmdədir.

Ekologiya.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov bildirib.

“Hazırda Azərbaycanda su tarifləri Xidmətin faktiki xərclərini tam qarşılamır. Belə ki, 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər”. , - deyə o, qeyd edib.

Musavat.com

Paylaş:
Tam mətni oxu →