Tam versiya
Ana səhifə CƏMİYYƏT Şabranda ana və övladı dəm qazından zəhərləndi, azyaşlı öldü
CƏMİYYƏT

Şabranda ana və övladı dəm qazından zəhərləndi, azyaşlı öldü


Şabran rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir, hadisə zamanı 1991-ci il təvəllüdlü Mövlanverdiyeva Gülay Ramiz qızı və övladı, 2016-cı il təvəllüdlü Mövlanverdiyeva Gül Emin qızı dəm qazından zəhərləniblər. Azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Gülay Mövlanverdiyeva isə Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →