Tam versiya
Ana səhifə CƏMİYYƏT Gecə saatlarında külək güclənib, Neft daşlarında dalğanın hündürlüyü 3,4 metrə çatıb
CƏMİYYƏT

Gecə saatlarında külək güclənib, Neft daşlarında dalğanın hündürlüyü 3,4 metrə çatıb


Gecə saatlarında ölkə ərazisində küclü küləkli hava şəraiti müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a bildirilib ki, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Mingəçevirdə 22 m/s, Bərdə, Göyçay, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Altıağacda 17 m/s, Ağdam, Tərtərdə 16 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,4 metrə çatıb.

Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək isti, aran rayonlarında 18 dərəcəyədək isti, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

Paylaş:
Tam mətni oxu →