Pensiyalarla bağlı VACİB XƏBƏR: 59 yaşından olacaq
Onun sözlərinə görə, qanunvericiliyə əsasən, əmək pensiyası almaq hüququ olmayan vətəndaşlar da güzəştli şərtlərlə daha tez müavinət almaq imkanına malik olurlar:
“Sosial müavinətlər haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan qadınların, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət təyin olunur. Yəni, həmin analar 59 yaşında sözügedən müavinəti almağa başlayırlar.
Hazırda bu müavinət hər hansı dövlət qurumuna müraciət edilmədən, heç bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. Eyni zamanda, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir”.
Paylaş:
Tam mətni oxu →