Yağışda itən avtomobil nömrələri - dublikat verilirmi? - “Cəmi 60 manata...” - AÇIQLAMA
Moderator.az-a açıqlama verən Ərşad Hüseynov bildirib ki, avtomobilin nömrəsi itdisə yeni nömrə alınmalı, nəqliyyat vasitəsinin texniki pasportu dəyişdirilməlidir:
"Dublikat verilmir. Çünki kimlərsə bu nömrələri oğurlayıb hansısa kriminal niyyətlərlə istifadə edə bilərlər. Ona görə də dövlət qeydiyyat nişanı itən kimi həmin nömrə ləğv edilir. Qeydiyyat nişanları çox vaxt sürücülərin diqqətsizliyi ucbatından itir. Ağaclara, ota ilişə bilər, yağışlı havalarda hansısa ərazidə qopub düşə bilər. Ona görə də nömrələr yerinə möhkəm bərkidilməlidir. Dövlət qeydiyyat nişanının avtomobilin banına bərkidilməsinin müxtəlif variantları var. Bunun ən pis variantı yapışqanla yapışdırmaqdır. Guya ki, ban zədələnməmək üçün bunu edirlər. Həmin yapışdırıcıya su dəyən kimi qopa bilər. Dövlət qeydiyyat nişanı olmadan avtomobilin idarə edilməsinə icazə verilmir. Əks halda sürücülər inzibati məsuliyyətə cəlb oluna bilərlər" deyə ekspert bildirib.
Paylaş:
Tam mətni oxu →