DETX qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkarladı, tədbir görüldü
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba rayonunun inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.
Ekologiya.az bildirir ki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Quba rayonu Rustov kənd sakini Mehyəddin Orucov, Tülər kənd sakini Nurlan Əsədov olduğu müəyyən edilib.