Ana səhifə›
CƏMİYYƏT
›
Azad olunmuş ərazilərə xərclənən vəsaitin həcmi AÇIQLANDI
CƏMİYYƏT
Azad olunmuş ərazilərə xərclənən vəsaitin həcmi AÇIQLANDI
Ekologiya
AMP
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin 1-ci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 faizi həcmində və yaxud 812,3 milyon manat vəsait istifadə olunub.Bu barədə Musavat.com-a Maliyyə Nazirliyindən bildirilib.Qeyd edək ki, 2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. 2025-ci ildə isə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub.