Sumqayıtda tekstil fabrikində kütləvi zəhərlənmə - 21 nəfər xəstəxanalıq oldu
21.04.2025-ci il tarixində saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 21 nəfər (18 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.
Bu barədə Sumqayıt Tibb Mərkəzinin mətbuat katibi Ramil Zeynallı bildirib.
"Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - o qeyd edib.
Paylaş:
Tam mətni oxu →