DIN məktəblilərlə bağlı açıqlama yaydı
Gəncədə bir qrup məktəbli arasında dava olması və məktəblilərin xəsarət alması ilə bağlı xəbərlər yayılıb.
Hadisə ilə bağlı Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Ajans.az-a bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki məktəblərin birində 2 nəfər şagirdin mübahisə etməsi barədə məlumat daxil olub:
"Məsələ ilə bağlı həmin şagirdlərin valideynlərinin iştirakı ilə izahatı alınıb, məktəblilərdən xəsarət alan yoxdur. Hazırda araşdırmalar davam etdirilir".
Paylaş:
Tam mətni oxu →