Tam versiya
Ana səhifə CƏMİYYƏT Tərtərdə günəbəxan emalı sexinin fəaliyyəti bu səbəbdən dayandırıldı - RƏSMİ/VİDEO
CƏMİYYƏT

Tərtərdə günəbəxan emalı sexinin fəaliyyəti bu səbəbdən dayandırıldı - RƏSMİ/VİDEO


Tərtərdə günəbəxan emalı sexinin fəaliyyəti dayandırılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Tərtər rayonu, Düyərli kəndində yerləşən günəbəxan emalı sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Tərtər rayonu, Düyərli kəndində yerləşən günəbəxan emalı sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


Paylaş:
Tam mətni oxu →