Ana səhifə›
CƏMİYYƏT
›
Xaçmazda yol qəzası olub - 4 nəfər xəsarət alıb/ADLAR
CƏMİYYƏT
Xaçmazda yol qəzası olub - 4 nəfər xəsarət alıb/ADLAR
Ekologiya
AMP
Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib."Report"un Şimal bürosunun məlumatına görə, hərəkətdə olan “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.Hadisə zamanı xəsarət alan Bakı şəhər sakinləri, sürücü 1984-cü il təvəlludü Tərlan Həsənbəyov və onun oğlu 2014-cü il təvəllüdlü R.H, Xaçmaz rayon sakinləri 1962-ci il təvəllüdlü Xanlar Balacayev və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Aynaxanım Balacayeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin olunub.Hazırda xəsarət alan şəxslərin diaqnostik müayinəsi müvafiq tibb müəssisəsində davam etdirilir.