44 gün, tam qələbə, tək nümunə: Azərbaycan müasir dövrün qalibidir
“Siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü Ordu, vətənpərvərlik və gənc nəsil - milli ruhda tərbiyə olunan gənc nəsil. Bu torpaqları heç vaxt görməyənlərin, müharibədə iştirak edənlərin əksəriyyəti işğal dövründə doğulmuş insanlar idi. Onları doğma torpağa çəkən o tarixi bağlar - bütün bu və digər amillər bizim Qələbəmizi şərtləndirdi və biz mütləq və tam Qələbə qazandıq. Nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmamışdır və elə görünür ki, qazanmayacaq. Bunu mən müqayisə üçün demirəm. Amma dünyada hər şey müqayisə ilə ölçülür. Biz 44 gün ərzində hər gün irəli gedirdik, hər gün itkilər verirdik, şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hər gün yeni uğurlar əldə edirdik, hər gün hansısa kəndləri azad edirdik. Bu, bizə əlavə ruh verirdi, əlavə güc verirdi. Xalqımız tam birləşdi. Bu, mənə Ali Baş Komandan kimi əlavə mənəvi ruh verirdi. Bu, bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”.
Fasiləsiz müşahidə sayəsində düşmən tərəfindən yarana biləcək təhdidlər və əks-həmlələr barədə bölmələrimizə əvvəlcədən xəbər verilir, lazım gəldikdə əməliyyatlara operativ müdaxilələr edilir, bölmələrimiz tərəfindən verilən tapşırıqların necə icra edildiyi qeydə alınırdı. Tətbiq edilən bu üsul düşmənin əks-həmlələrinə əvvəlcədən hazır olmağa, nəticədə döyüşlər zamanı bölmələrimizin itkilərini minimuma endirməyə imkan verirdi. Eyni zamanda, əməliyyat rayonuna əlavə güc və qüvvə cəlb etməyə başlayan Ermənistan silahlı qüvvələrinin ehtiyatlarının koordinatlarının artilleriya və aviasiya vasitələrimizə ötürülməsi təmin edilirdi. Döyüşlər zamanı qeydə alınmış videolar əsasında aparılan təhlillərin nəticələri bu gün qoşunların döyüş hazırlığı məşğələlərində, eləcə də təlimlərdə də geniş istifadə olunur”.
Musavat.com
Paylaş:
Tam mətni oxu →