Ana səhifə›
CƏMİYYƏT
›
Bələdiyyədə ƏMƏLİYYAT - Vəzifəli şəxslər həbs edildi
CƏMİYYƏT
Bələdiyyədə ƏMƏLİYYAT - Vəzifəli şəxslər həbs edildi
Ekologiya
AMP
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan istintaq çərçivəsində yeni bir əməliyyat mərhələsinə start verilib.Musavat.com xəbər verir ki, son əməliyyatda İBB-nin Mətbuat, Yayım və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Taner Çətin də daxil olmaqla ümumilikdə 22 nəfərin həbs olunması barədə qərar çıxarılıb.Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən həmin şəxslərlə bağlı saxlanılma və axtarış tədbirləri davam etdirilir.İstanbul Respublika Prokurorluğu məsələ ilə bağlı yaydığı açıqlamada bildirib: “İBB əməkdaşları, müxtəlif şirkətlərin təmsilçiləri və işçiləri olmaqla 22 nəfər istintaq çərçivəsində hədəf şəxs kimi müəyyən edilib və onlar barəsində axtarış, götürmə və saxlanılma qərarları qəbul olunub”.Xatırladaq ki, istintaqın əvvəlki – ikinci mərhələsində də aralarında Dilek Qayanın qardaşı Cevat Kaya və İBB-nin Boğaziçi rayonlaşdırma direktoru Elçin Karaoğlunun da olduğu 18 nəfər üçün həbs qərarı verilmişdi.